Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

16:26 - 06 / 07 / 2022
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

İyulun 6-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin iştirakı ilə cinayət təqibi zamanı prosessual məcburiyyət tədbirlərinin tətbiqi, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılması, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və cəzaların məqsədinə nail olunmasında prokurorluq orqanlarının qarşısında duran aktual vəzifələrə dair əməliyyat müşavirəsi keçirilib.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Müşavirədə çıxış edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının əsas məqsədinin cəza siyasətinin humanistləşdirilməsinə yönəldiyini bildirməklə son dövrlər həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, bu baxımdan ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının müvəqqəti məhdudlaşdırmasında qanunların düzgün icrasının prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən biri olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması zamanı maddi və prosessual hüquqi əsasların mövcudluğunun yoxlanılmasının təmin edilməsinin, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin, habelə məhkəmələr tərəfindən cəza təyini zamanı dövlət ittihamçılarının cinayət işinin hallarından irəli gələn təkliflərinin verilməsində təşəbbüskarlığın artırılmasının zərurililiyi vurğulanıb.

Müşavirədə məruzəçi qismində çıxış edən Baş prokurorunun böyük köməkçisi Mahir Abbasov, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev və Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev prosessual məcburiyyət tədbirlərinin tətbiqində prokuror nəzarətinin səmərəliliyinin daha da artırılması, cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakı institutunun təkmilləşdirilməsinə dair təkliflərini bildirib.

Əməliyyat müşavirəsində məruzələr ətrafında fikir mübadiləsi aparılmış, Baş prokurorun göstərişinə əsasən zəruri tədbirlərin görülməsi məqsədilə işçi qrupların yaradılmaqla qısa müddət ərzində konkret təkliflərin təqdim olunması qərara alınıb.

Paylaş:
756

Son xəbərlər

MN: “Xidmət zamanı smartfon telefondan istifadə edən hərbçilər ordu sıralarından çıxarılıb”06 / 08 / 2022, 18:10Bakıda “CultRural” Festivalı 2022 yarmarkası keçirilib06 / 08 / 2022, 18:06MN: “Artilleriyaçılarımız Qazaxıstana səfər edib”06 / 08 / 2022, 17:41Minaya düşərək şəhid olan hərbçimiz nişanlı imiş - FOTO06 / 08 / 2022, 17:36Gəncənin icra başçısı Kəlbəcərdə minaya düşən hərbi hissə komandirini ziyarət edib - FOTO06 / 08 / 2022, 17:11Azərbaycan cüdoçuları dünya çempionatına Polşada hazırlaşır06 / 08 / 2022, 16:51Kəlbəcərdə minaya düşərək həlak olan şəhid dəfn olunub - YENİLƏNİB06 / 08 / 2022, 16:28Bakıda döyüşə yararlı sursat aşkarlanıb06 / 08 / 2022, 16:25İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ağır atletlərimizin adları açıqlanıb06 / 08 / 2022, 16:06Mövlud Çavuşoğlu Azərbaycanın Britaniyadakı səfirliyinə hücumla bağlı Ceyhun Bayramova zəng edib06 / 08 / 2022, 15:49Babadağda köməksiz qalan şəxslərdən 3-ü xilas edilib, bir nəfərin meyiti tapılıb - YENİLƏNİB 206 / 08 / 2022, 15:38Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniya parlamentinə və daxili işlər nazirinə müraciət edib06 / 08 / 2022, 15:22Kəlbəcərdə faciə baş verdi - FOTO06 / 08 / 2022, 15:05Türkiyə Prezidenti Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib06 / 08 / 2022, 14:37Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb06 / 08 / 2022, 14:34Avropa Azərbaycandan qaz idxalını artırıb06 / 08 / 2022, 14:10ETSN ilan balığının ovuna icazə verilmə səbəbini açıqlayıb06 / 08 / 2022, 13:413 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI06 / 08 / 2022, 13:14Prezident Ruandanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB06 / 08 / 2022, 12:50Azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupu yaradılıb06 / 08 / 2022, 12:44
Bütün xəbərlər

Next TV