Azərbaycan üzgüçüsü Avropa çempionatında finala yüksəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan üzgüçüsü Avropa çempionatında finala yüksəlib

09:53 - 06 / 07 / 2022
Azərbaycan üzgüçüsü Avropa çempionatında finala yüksəlib

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb.

Federasiyanın Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start verəcək.

1news.az

Paylaş:
251

Son xəbərlər

Bütün xəbərlər