QMİ: “Qurban bayramı iyulun 9-dadır və 3 gün davam edə bilər” | 1news.az | Xəbərlər
Cəmiyyət

QMİ: “Qurban bayramı iyulun 9-dadır və 3 gün davam edə bilər”

11:30 - 06 / 07 / 2022
QMİ: “Qurban bayramı iyulun 9-dadır və 3 gün davam edə bilər”

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.

1news.az-ın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.

Həmçinin bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər:

"İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşaallah".

1news.az

Paylaş:
389

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

15 / 08 / 2026, 17:59
Bütün xəbərlər