Bakıda tiryəkxana təşkil edən 9 nəfər tutuldu - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tiryəkxana təşkil edən 9 nəfər tutuldu - VİDEO - FOTO

13:04 - 06 / 07 / 2022
Bakıda tiryəkxana təşkil edən 9 nəfər tutuldu - VİDEO - FOTO

Bakının Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan və narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edən 9 nəfər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Xəbərə görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfərdən ibarət dəstə saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain, heroin, marixuana, tiryək, ekstazi və metadon həbləri, eləcə də metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirdiklərini bildiriblər.

Həyata keçirilən digər əməliyyat zamanı Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən mənzillərdən birində tiryəkxana təşkil edən daha 3 nəfər tutulub. Həmin ünvana baxış zamanı külli miqdarda heroin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər narkotiklərin satışı ilə məşğul olmaqla bərabər narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Paylaş:
229

Son xəbərlər

Orxan Məmmədov: Qarabağ KOB-ları proqramına start verilibBu gün, 17:54Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıbBu gün, 17:49İbrahim Kalın: “Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”Bu gün, 17:33İlham Əliyev və Mehriban Əliyeva Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimində iştirak edirlərBu gün, 17:10“Azərxalça”da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi - FOTOBu gün, 16:58Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandıBu gün, 16:51Hərbi İnstitutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının təqdimatı keçirilibBu gün, 16:31Azərbaycan Premyer Liqasında son 19 ilin rekordu təkrarlanıbBu gün, 15:52Bu gün Ərdoğanla Bayden arasında telefon danışığı olacaqBu gün, 15:37Azərbaycanda ilk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı keçirilibBu gün, 15:15Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötübBu gün, 14:54Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıbBu gün, 14:38Havanı çirkləndirən asfalt-beton zavodunun rəhbəri cəzalandırılıbBu gün, 14:16Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - FOTO - VİDEOBu gün, 13:58Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıbBu gün, 13:54İlham Əliyev Qazaxıstan səfirinin etimadnaməsini qəbul etdiBu gün, 13:38İlham Əliyev Nikolsonu qəbul edibBu gün, 13:35Ermənistanda qızılcaya yoluxanların sayı artıbBu gün, 13:18Lənkəranda dəniz kənarında mina tapılıbBu gün, 13:07Zelenski Ərdoğanı təbrik etdiBu gün, 12:48
Bütün xəbərlər

Next TV