73 növdə yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

73 növdə yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunub

Qafar Ağayev14:33 - 07 / 07 / 2022
73 növdə yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunub

“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiqlənib.

Dövlət Vergi Xidmətindən 1news.az-a verilən məlumata görə, siyahıya qüvvəli, qaba və sulu-şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı amin turşuları, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı minerallar, vitaminlər və digər maddələr şəklində qruplaşdırılmaqla 73 növdə yem və yem əlavələri daxil edilib.

Xatırladaq ki, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Vergi azadolması məhsul növünə görə deyil, alıcıya görə tətbiq edildiyindən, ötən dövr ərzində vergi ödəyicilərindən daxil olan sorğular həmin yem və yem əlavələrinin dəqiq siyahısının müəyyənləşdirilməsi və ƏDV-dən azadolmanın inzibatçılığının qurulması zərurətini yaradıb. Çünki bəzi hallarda eyni növ məhsul həm yem və yem əlavəsi hesab olunur, həm də insan qidası üçün nəzərdə tutulur. Bu məqsədlə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində dəyişiklik edilib. Azərbaycan Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndi ilə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin siyahısının müəyyən edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Paylaş:
334

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər