Bu gün keçirilən qəbul imtahanlarından 3 nəfər xaric edilib - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün keçirilən qəbul imtahanlarından 3 nəfər xaric edilib - SƏBƏB

Qafar Ağayev14:48 - 07 / 07 / 2022
Bu gün keçirilən qəbul imtahanlarından 3 nəfər xaric edilib - SƏBƏB

İyulun 7-də Dövlət İimtahan Mərkəzi tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

DİM-dən 1news.az-a verilən məlumatan görə, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Qeyd edək ki bu gün DİM tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər