Akademik Musiqili Teatrda “Məchul pilləkən” alqışlarla qarşılandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Musiqili Teatrda “Məchul pilləkən” alqışlarla qarşılandı - FOTO

15:37 - 07 / 07 / 2022
Akademik Musiqili Teatrda “Məchul pilləkən” alqışlarla qarşılandı - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Premyeralar paradı" festivalı çərçivəsində “Məchul pilləkən” balet-tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ölkənin tanınmış balet artistləri, teatr xadimləri, incəsənət ustalarının qatıldığı tamaşa anşlaqla keçib.​ Narkomaniyaya qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan səhnə əsərinin süjet xətti, bədii tərtibatı tamaşaçılarda maraq doğurub.

Qeyd edək ki, tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Tamaşada əsas qadın rolunu Əməkdar artist Viktoriya Şahmuradova, solo partiyaları isə Məhəmməd Abdullayevlə Roman Krasnov ifa ediblər.

Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri Aynurə Əsgərova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Elvira Əzizova, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Kamran Həsənov və Yaqub Bəhramov oynayıblar.

Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda Əməkdar artist Sevda Ələkbərzadənin ifasından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilib.

Tamaşaçılar yaradıcı heyəti sürəkli alqışlarla qarşılayıb, onlara gül-çiçək dəstələri təqdim ediblər.

Paylaş:
553

Son xəbərlər

Konya şəhərində “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir - VİDEOBu gün, 10:10İsrail ordusu Rəfah keçid məntəqəsini ələ keçirib - FOTOBu gün, 10:02Qızıl və gümüşün qiyməti cüzi azalıbBu gün, 09:57İsmayıllıda ev yanıbBu gün, 09:50AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklifBu gün, 09:43AMB günün məzənnəsini açıqladıBu gün, 09:34Müasir interyer, şəxsi hovuzlar, hotelə bağlı xüsusi çimərlik, möhtəşəm təamlar, yüksək səviyyəli rahatlıq - FOTO - VİDEOBu gün, 09:24Bu gün 4 rayonda qaz kəsiləcəkBu gün, 09:17Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıbBu gün, 09:13Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:12Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:06Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunubBu gün, 08:56Bakıda sıxlıq olan yollar - SIXLIQBu gün, 08:52Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49
Bütün xəbərlər