Son sutkada 49 nəfər koronavirusdan sağalıb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada 49 nəfər koronavirusdan sağalıb - STATİSTİKA

Qafar Ağayev16:38 - 07 / 07 / 2022
Son sutkada 49 nəfər koronavirusdan sağalıb - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir.

Ölkədə son sutka ərzində 2 348, hazırkı dövrədək isə 6 980 033 test aparılıb.

Paylaş:
793

Son xəbərlər

Bütün xəbərlər