MİQ imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MİQ imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb

12:06 - 07 / 07 / 2022
MİQ imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb

“56 min şəxsin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunacaq”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, artıq həmin şəxslərin elektron müraciətləri qəbul olunub.

Eşqi Bağırov deyib ki, müəyyən səbəblərdən MİQ-də iştirak üçün müraciət edən 4 000 şəxsə imtina cavabı göndərilib:

“İmtahanlar 15 mərkəzdə, 7 gün ərzində keçiriləcək və hər bina sərinləşdirici vasitələrlə təmin olunub. Qapalı məkanlarda maska taxmaq tələbi də ləğv olunduğu üçün imtahanlarda namizədlərdən maska taxmaq tələb olunmayacaq”.

1news.az

Paylaş:
268

Son xəbərlər

Bütün xəbərlər