DTX əməkdaşı: Mənzil seçimində müdaxiləyə görə bir nəfər beynəlxalq axtarışa verilib
“442 güzəştli mənzilin seçimi zamanı kənardan müxtəlif şəxslər tərəfindən xüsusi informasiya texnologiyalarından istifadə etməklə mənzil seçiminə müdaxilə edildiyi müəyyən edilib” .
1news.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova bu gün keçirilən brifinqdə deyib. "Faktla bağlı araşdırma aparılıb" - deyə, G. Hüseynova əlavə edib:
“Araşdırmaların nəticələrinə uyğun olaraq mənzillərin güzəştli şərtlərlə satılarkən seçim prosesinə müdaxilə halı müəyyən edilib. Sözügedən müdaxiləni edən şəxslər ifşa olunub və təqsirləndirilən şəxslər qismində cinayət məsuliyyətinə cəlb olunublar. Bir nəfər barəsində beynəlxalq axtarış elan olunub”.
506