Hidayət Heydərovun “Böyük Dəbilqə”dəki qələbəsi “Euronews”da - VİDEO

Məlum olduğu kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal sahibi olub.
1news.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı ikiqat Avropa çempionu finalda olimpiya, dünya və Avropa çempionu gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Rəqibinə "qızıl xal"da "vaza-ari" ilə qalib gələn Heydərov yarışın qızıl medalına sahib çıxıb.
“Euronews” xəbər kanalı Macarıstanda keçirilən Böyük Dəbilqə turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb. Süjetdə bildirilir ki, -73 kq çəki dərəcəsində yarışan Heydərov dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyub.
Cüdoçumuz müsahibəsində bildirib ki, o çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı idi: “Bu səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəm buna görə də qızıl medal qazanacağıma əmin idim”.
1news.az