Gəncədə intihara cəhdin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə intihara cəhdin qarşısı alınıb

11:37 - 11 / 07 / 2022
Gəncədə intihara cəhdin qarşısı alınıb

Gəncədə intihara cəhdin qarşısı alınıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər