Sabahın hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

17:38 - 11 / 07 / 2022
Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayının 12-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər