Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO

Qafar Ağayev17:19 - 12 / 07 / 2022
Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb - FOTO

Güclü külək Gəncədə fəsad törədib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bu gün günorta saatlarında əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac" VAZ 2106" markalı avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər