Bayram günlərində təcili yardıma müraciətlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində təcili yardıma müraciətlərin sayı açıqlanıb

13:08 - 13 / 07 / 2022
Bayram günlərində təcili yardıma müraciətlərin sayı açıqlanıb

Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb.

Qurumdan 1news.az-a verilən xəbərə görə, həmin müddətdə təcili tibbi yardım üçün tam heyət 130-a yaxın briqada fəaliyyət göstərib.

Bayram günlərində stansiyaya gün ərzində 2000-2200 arası çağırış daxil olub. Ən çox çağırış sayı isə (2200) 10 iyul tarixində qeydə alınıb.

Müraciət səbəbləri əsasən, təzyiq, ürək problemləri, halın pisləşməsi, müxtəlif növ travmalar və s. ilə bağlı olub.

1news.az

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər