Tovuz sakini arvadını qətlə yetirib

Tovuz rayonunda qətl hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın boğazını kəsərək qətlə yetirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, qətli törədən şəxs Tovuz RPŞ əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi açılıb.
1news.az
304