Russian Film Festival: “Sükanı belə saxla” serialını IVI-də seyr etməyin 5 səbəbi
Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə ROSKİNO şirkəti tərəfindən Azərbaycanda təşkil edilmiş “Russian Film Festival” adlı rusiya kinosu festivalının ikinci həftəsi başa çatmaqdadır. Qərara gəldik ki, Sizlərə festival çərçivəsində təqdim olunan serial layihələri sırasından tragikomediya janrında lentə alınmış “Sükanı belə saxla” serialı haqda danışaq. Serial IVI onlayn kinoteatrının öz layihələri sırasına daxil olmuşdur, və onu sevdirən də məhz budur.
- Qeyri-trivial süjet və gözlənilməz qəhrəmanlar
Bu, elə bir layihələrdən biridir ki, əsas süjet xətti boyunca baş qəhrəmanlarla yanaşı müxtəlif hadisələr cərəyan etməyə başlayır. Onlar da öz realizmləri fonunda eyni zamanda həm əyləncəli, həm də nadir komiklik səbəbindən tamamilə qeyri-mümkün görünürlər. Hekayələri İvan Potapovla birgə yaşayaraq ona həm güləcək, həm də dərdinə şərik olacaqsınız. Motosiklet yarışlarının keçmiş çempionu olan İvanın karyerası və şəxsi həyatı son uğursuz yürüşündən sonra dibə çökməyə başlayır. Taleyin istehzasına görə o, “ayıq sürücü” kimi işləməyə başlayır və hər gün qeyri-adi sərnişinlərlə qarşılaşır: yadplanetlilərlə görüşə tələsən kişi; özü yolda soyuqdan donan halda uşağı xilas etməyə tələsən ravvin; həyatı ilə hesabı çürütməyə qərar verən iş adamı.
- Təsirli aktyor tərkibi və onların xarakterli personajları
Bu layihədə bu dəfə özlərinə xas olmayan obrazlara təbii şəkildə uyğun gələn istedadlı və adlı-sanlı aktyorlar qrupu iştirak etmişdir. Tamaşaçının dramatik ampluada görməyə adət etdiyi aktyorlar komik səhnələrə də uyuşaraq onları canlandıra biləcəklərini sübut etməyi bacarıblar. Beləliklə, Yevgeni Tsıqanov xeyirxah ayıq sürücü; Svetlana Xodçenkova işsiz-gücsüz və şantaja meylli olan qadın; Vladimir Menşov gənc xanımla evlənən kişi; Maksim Laqaşkin dostluq naminə hər şeyə hazır olan YPX inspektoru rolunda çıxış etmişdir.
- Hətta dramatik səhnələrdə belə stendap nömrələri
Serialın rejissoru Vladimir Şeqolkov əsərin ssenari müəllifi kimi də çıxış etmişdir ki, bu da maraqlı və məzəli bir layihənin ərsiyə gəlməsinə təkan olmuşdur. Hər bir seriyada o, qəhrəmanları qeyri-adi və onlar üçün tipik olmayan vəziyyətlərə sürükləyir. Və hətta ən gərgin səhnə belə yumorla müşayiət olunur ki, bu da tamaşaçıya nəfəs almağa və hadisələrə başqa bucaq altında baxmağa imkan yaradır.
- “Sükanı belə saxla” – xeyirxahlıq və möcüzə haqqında bir serialdır
Tsıqanovun doğma şəhərində günəşli günlər az, qış uzun olsa da, stadionda isə “Şimalda yaşa!” plakatı asılsa da, “Sükanı belə saxla” əsəri möcüzədən və ətrafdakılara qayğıdan bəhs edən hekayələr pleyadasına daxil olmağa layiqdir. İvanın sərnişinlərinin əksəriyyəti sanki özünü itirmiş və bədbəxt insanlardır, lakin ətraflarında köməyə ehtiyacı olanları gördükdə, öz çətinliklərini unutmağa hazırdırlar və onlara ümid verən də məhz budur. Yalnız təsadüfi yol yoldaşıyla ünsiyyət zamanı açıla bilən mövzular, canlı xarakterlər və insan hissləri – bütün məsələ serialın müəlliflərinin səhvsiz olaraq seçdikləri rakursdadır.
- Azərbaycanca altyazı və pulsuz izləmə imkanı
18 iyul tarixinədək https://clck.ru/sGEoV linki üzərindən RFFAZ22 promokodunu aktivləşdirməklə 30 günlük IVI abunəliyini hədiyyə olaraq qazanın və “Sükanı belə saxla” serialını, eləcə də üç digər layihəni, yəni “Bir daha xoş gördük!”, “Oyanış” (2 seriya) seriallarını və “Bodo Borodo: Səyahətlər” animasiya serialını izləyin[1]. Bundan əlavə, serial layihələri festival çərçivəsində iyulun 18-dək azərbaycanca altyazı ilə təqdim olunacaq.
Azərbaycanda IVI abunəçiləri üçün izləmə linki: https://www.ivi.ru/collections/RFFAZ
“Russian Film Festival” 2020-ci ildən etibarən Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə “ROSKİNO” şirkəti tərəfindən təşkil edilən xaricdə rusiya kinosu həftələri. RFF-nin əsas məqsədi – xarici tamaşaçını müxtəlif janrlarda olan bədii filmlərdən və seriallardan tutmuş animasiya və sənədli filmlərlə zəngin müasir rusiya kontentinin müxtəlifliyi ilə tanış etməkdir. 2020-2021-ci illərdə festival 23 ölkədə keçirilərək bir milyondan artıq tamaşaçı toplamışdır. RFF formatına həm onlayn nümayişlər, həm də oflayn tədbirlər daxildir.
IVI – aylıq auditoriyası 50 milyondan çox unikal istifadəçidən obarət olan rusiyanın ən iri onlayn kinoteatrıdır. TM Consulting-in məlumatına görə, 2021-ci ilin yekunları üzrə IVI 26%-lik gəlir həcminə görə striminq xidmətləri seqmentinin lideridir. 2021-ci ildə şirkətin gəlirləri 35% artaraq 11,9 mlrd. rus rublu təşkil etmişdir.
[1] Aktivləşdirmə bank kartının məlumatları göstərildikdə, cari abunəlik və 90 gün ərzində digər promokodların aktiv olmaması şərtilə Azərbaycan ərazisində mümkündür. Daha ətraflı: https://www.ivi.ru/info/agreement.
Reklam hüququnda