Yeni Ramanada 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni Ramanada 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq

Qafar Ağayev16:34 - 13 / 07 / 2022
Yeni Ramanada 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin Dövlət investisiya proqramına uyğun olaraq Bakıətrafı qəsəbələrdə, o cümlədən Sabunçu rayonunun Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa olunur.

"Azərsu" ASC-dən 1news.az-a bildirilib ki, layihənin həyata keçirildiyi ərazidə indiyə qədər mərkəzləşdirilmiş şəbəkə mövcud olmayıb və sakinlərin içməli su təchizatı əhali tıərəfindən yaradılmış fərdi şəbəkələr vasitəsilə aparılıb. Tikinti normalarına cavab verməyən şəbəkədə tez-tez baş verən qəzalar və hidravliki rejimlərin pozulması əhalinin susuz qalmasına, ciddi su itkilərinə səbəb olub, eləcə də suyun keyfiyyəti üçün risklər yaradırdı. Layihəyə əsasən, Yeni Ramana yaşayış massivində müxtəlif diametrli borularla 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq. Yeni yaradılan şəbəkədən 500-ə yaxın ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. İndiyədək içməli su şəbəkəsinin 2,8 km-lik hissəsi inşa edilib, 300 ünvana birləşmə verilib. Yeni mərkəzləşdirilmiş şəbəkələrin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin sistemə qoşulmasına imkan verəcək.

Dövlət investisiyası hesabına 2022-ci ildə Saray, Binəqədi, Zabrat, Ramana, Bilgəh, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Şüvəlan, Binə qəsəbələrinin bir hisssəində içməli su layihələri icra olunacaq. Artıq Ramana, Şüvəlan və Bilgəh qəsəbələrində tikinti-quraşdırma işlərinə başlanılıb. Digər qəsəbələrdə isə tikintiyə hazırlıq hazırlıq işləri davam etdirilir.

Qeyd edək ki, Dövlət investisya proqramına uyğun olaraq qəsəbələrdə mərkəzləşdirilmiş su təchizatı sistemlərimərhələlərlə inşa olunur.

Paylaş:
319

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər