İsraildə “Azərxalça”nın xalça kolleksiyası sərgilənir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsraildə “Azərxalça”nın xalça kolleksiyası sərgilənir - FOTO

Qafar Ağayev15:29 - 14 / 07 / 2022
İsraildə “Azərxalça”nın xalça kolleksiyası sərgilənir - FOTO

“Xalça İncəsənət əsəri kimi: Sərhədlərdən uzaq. Zamansız ” sərgisi 2022-ci il iyulun 13-də Təl-Əvivdəki Herbert Samuel dokunda (gəmi təmiri karxanası) tamaşaçıların ixtiyarına verilib.

1news.az xəbər verir ki, ekspozisiya Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən təşkil olunub.

Layihə dünya incəsənətinin ayrılmaz parçası Azərbaycan mədəniyyəti, adət-ənənələri və sənətkarlığının, eləcə də dövlətdə uzun əsrlər boyu sülh şəraitində mövcud olan İsrail irsinin unikallığına həsr olunub.

Təşkilatçılar tərəfindən dəvət olunmuş dağ-yəhudi əsilli İsrail rəssamı Rami Meirin (Rəhəmim Migirov) yaradıcılığı izləyənləri ölkənin xarakteri və rəngləri ilə tanış etməyə kömək edəcək.

Ekspozisiyada İudaikaya həsr olunmuş silsilə rəsm əsərləri, “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında yaradılmış xalça pannoları nümayiş etdirilir. Bundan əlavə mərkəzdə “Azərxalça” ASC-də toxunmuş ənənəvi Quba xalçaçılıq məktəbinə aid xalça kolleksiyası da sənətsevərlərin diqqətinə tədim olunur.

Tədbirin açılışında Rami Meir və onun yaradıcı qrupu, “Azərxalça” ASC yaradıcılıq qrupunun nümayəndələri və ATB-nin İsraildəki nümayəndəliyinin direktoru Cəmilə Talıbzadə iştirak ediblər.

“Meir kimi məhşur sənətkarı İsraildə qəbul etməkdən çox şadıq. İrs, adət-ənənələr və mədəniyyət, eləcə də orijinal incəsənət turistləri hər zaman cəlb edən əsas amillərdəndir və Azərbaycan sadaladıqlarımın hər biri ilə zəngindir. Biz xüsusilə Rami Meirin təsirli yaradıcılığı ilə yanaşı, yəhudi irsinə və onun Azərbaycandakı köklərinə diqqəti cəlb etməyi hədəfləyirik”, - ATB-nin İsraildəki nümayəndəsinin direktoru Cəmilə Talıbzadə sərginin açılışı zamanı bildirib.

Xatırladaq ki, Rami Bakıda anadan olub. Bakının yeri onun qəlbində daim özəldir. Onun bütün yaradıcılıq layihələrinin özəlliyi isə mənəvi dolğunluq, yəhudi xalqının müqəddəs kitablarının müdrikliyi, fəlsəfəsi və biliyinin əksidir.

Paylaş:
420

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər