Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib | 1news.az | Xəbərlər
Mədəniyyət

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib

Qafar Ağayev16:53 - 14 / 07 / 2022
Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsiqiçi Adilə Əliyeva ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Fransa Respublikasının milli bayramı ərəfəsində imzalanan Fərmanda bildirilib ki, pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyeva musiqi sahəsində 46 illik xidmətinə əsasən bu mükafata layiq görülüb.

Azərbaycanın əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva bu xoş xəbərin sevincini dostları ilə bölüşüb: “Əziz dostlar! Məmnuniyyətlə bildirirəm ki, bu gün Fransa Respublikasının Prezidenti cənab Emmanuel Makronun Fərmanı ilə mənə kavaler rütbəsi ilə “Fəxri Legion” ordeni verildi”.

Bakı şəhərində anadan olan soydaşımız Bülbül adına orta ixtisas musiqi məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılıb. Soydaşımızın konsert proqramına Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və digər Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. O, “Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı” mükafatına layiq görülüb, “Beynəlxalq VILLA-LOBOS” və “Zaqafqaziya” müsabiqələrinin laureatı olub.

Hazırda Fransanın Annemas şəhərində yaşayan A.Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 1996-cı ildən etibarən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilir. Fransa və İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.

Diasporla İş üzrə Dövlət Komitəsi ölkəmizin həqiqətlərinin və mədəniyyətinin təbliğində fəal iştirak edən hörmətli və sevimli Adilə xanım Əliyevanı bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq, ictimai və diaspor fəaliyyətində davamlı uğurlar qazanmağı arzulayır.

Paylaş:
913

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər