TƏBİB ehtiyyatsızlıqdan yanıq xəsarətləri alan qaziylə bağlı açıqlama yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB ehtiyyatsızlıqdan yanıq xəsarətləri alan qaziylə bağlı açıqlama yaydı

Qafar Ağayev08:51 - 14 / 07 / 2022
TƏBİB ehtiyyatsızlıqdan yanıq xəsarətləri alan qaziylə bağlı açıqlama yaydı

TƏBİB ehtiyyatsızlıqdan yanıq xəsarətləri alan qaziylə bağlı açıqlama yayıb.

1news.az xəbər verir ki, açıqlamada deyilir:

"Aydınlıq gətirmək üçün bildiririk ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib.

Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib.

Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur".

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər