Azərbaycan kikboksçusu Dünya Oyunlarında finala yüksəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan kikboksçusu Dünya Oyunlarında finala yüksəlib

09:40 - 14 / 07 / 2022
Azərbaycan kikboksçusu Dünya Oyunlarında finala yüksəlib

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Dünya Oyunlarında finala vəsiqə qazanıb.

1news.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edib.

Rəcəbzadənin 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Azərbaycan təmsilçisi iyulun 15-də finalda xorvatiyalı Anto Şiriçlə üz-üzə gələcək.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər