204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

Qafar Ağayev12:33 - 14 / 07 / 2022
204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

Ölkə üzrə 204 ümumi təhsil müəssisəsində e-Jurnal və e-Gündəlik sisteminin tətbiqi davam etdirilir.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, sözügedən təhsil müəssisələri Bakı, Sumqayıt şəhərləri və digər 11 bölgədə yerləşir.

Layihənin məqsədi müəssisə üzrə pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşmasıdır. Bu sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtib edilməsi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarə olunması elektronlaşdırılıb. Həmçinin elektron jurnal şagirdlərin müvəffəqiyyət və davamiyyətini, eyni zamanda mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı da yaradır. Tətbiq olunan sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.

Hazırda “Elektron jurnal və gündəlik” sistemi 204 təhsil müəssisəsinin 324 357 şagird və 23 337 müəllimini əhatə edir. Növbəti tədris ilindən daha 158 müəssisədə də bu sistemin tətbiqi nəzərdə tutulur. Bununla da “Elektron jurnal və gündəlik” sisteminin 536 646 şagird və 37 448 müəllimi əhatə etməsi proqnozlaşdırılır.

Qeyd edək ki, elektron jurnalın funksionallıqları ilə bağlı istifadəçilərdən gələn tələb və təkliflər nəzərə almaqla hər tədris ilində təkmilləşdirmələr aparılır.

Paylaş:
737

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər