Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viaduklar belə inşa edilir - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viaduklar belə inşa edilir - FOTO - VİDEO

Qafar Ağayev14:13 - 15 / 07 / 2022
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viaduklar belə inşa edilir - FOTO - VİDEO

Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işlərinin yerinə yetirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun saylılır.

Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.

Xatırladaq ki, 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 p/m), 30 yeraltı keçid (1110 m), 7 körpü (763 p/m), 7 tunel (6358 m) və 9 viaduk (1980 m) inşa edilir.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər