Deputatdan qazilərin məşğulluq məsələsi ilə bağlı önəmli TƏKLİF
“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi” .
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki,
“44 günlük Vətən Müharibəsi zamanı ərazi bütövlüyümüzü bərpa edə bildik, məhz birinci Qarabağ savaşı və ondan sonrakı dövrdə, həmçinin Vətən Müharibəsinin gedişində bütün şəhidlərimizin, Xocalı soyqırımın qisasını aldıq. Biz əminliklə deyə bilərik ki, Ermənistandan fərqli olaraq çox ləyaqətli və ədalətli müharibə apardıq, dinc vətəndaşlarla qətiyyən işimiz olmadı, yalnız əlini silah tutan erməni terroristləri və erməni hərbçilərinə qarşı vuruşduq. Biz Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların edə bilmədiyini öz gücümüzə edərək, torpaqlarımızı işğaldan azad etdik”.
Deputat bildirib ki, müharibədən sonrakı dönəmdə də həm şəhid ailələrinin, həmçinin də müharibə iştirakçılarının sosial rifahını, təminatını yaxşılaşdırmaq istiqamətində addım atıldı və yenə də işlər görülür.
“Cənab Prezident İlham Əliyevin və hörmətli birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə uzun illərdir şəhid ailərinə, müharibə iştirakçılarına, qazilərə böyük diqqət və qayğı göstərilir. Şəhid ailələrinin mənzil, ev problemləri həll edilir, qazilərimizə, müharibə veteranlarına avtomobillər verilir, evlə təmin olunurlar, onların müalicələri təşkil edilir. Hətta bəzi qazilərimizin müalicəsi vətəndən xaricdə, xüsusilə qardaş ölkə Türkiyədə davam etdirilir. Bir sözlə, müharibə bitsə də, bu qəbildən olan insanlara dövlət qayğısı davam etməkdədir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi bizim birinci vəzifəmiz şəhid ailələrinə, müharibə veteranlarına xidmət göstərmək, onların sosial təminatını ən yüksək səviyyədə təşkil etməkdir. Bu gün də bu işlər həyata keçirilir, 2025-ci ilə qədər demək olar bütün şəhid ailələri evlərlə təmin ediləcəklər. Həmçinin qazilərimizin, müharibə iştirakçılarının məşğulluq problemlərinin həlli üçün təxirəsalınmaz işlər görülür. Ötən dövr ərzində keçirilmiş xüsusi məşğulluq marafonu zamanı məhz dövlət idarələri tərəfindən, özəl müəssisələr tərəfindən qazilərimizin və şəhid ailələrimizin ilk növbədə məşğulluq problemlərinin həll edilməsi ilə bağlı xüsusi layihə həyata keçirilir. Bu gün də bununla bağlı işlər görülməkdədir”.
“Bu işləri hələ də tam yekunlaşdırmaq mümkün olmayıb” – deyə, o deputat əlavə edib:
“Bir çox qazilərimiz var ki, onların məşğulluq problemi həll olmayıb. Bu da birinci növbədə onların əlillik dərəcəsi ilə bağlıdır, onların istəklərinə uyğun vakansiyanın olmaması ilə bağlıdır. Bununla əlaqədar Dövlət Məşğulluq Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlər həyata keçirilir. Həmçinin yerli icra hakimiyyətləri də bu kateqoriyaya aid olan insanların istəklərinə uyğun olan vakansiyaların tapılması ilə bağlı müvafiq işlər görməkdədirlər”.
Mən düşünürəm ki, yerlərdə bəzi qazilərin ticarətlə məşğul olmaları üçün xüsusi yerlər ayrılıb. Ancaq bu pərakəndə şəkildə təşkil olunub.
Deputat qazilərin, müharibə iştirakçılarının məşğulluğunun artırılması ilə təklif irəli sürüb.
N.Həmzəyev deyib ki, şəhərlərdə, rayonlarda xüsusi ticarət obyektləri tikilərərək qazilərə, şəhid ailələrinə həmin ticarət mərkəzlərində ticarətlə məşğul olmaq yerlərin ayrılması çox yaxşı olardı.
“Bu da həmin şəxsləriin məşğulluq probleminin birdəfəlik həll olunması ilə nəticələnərdi. Çünki bəzi qazilərimiz var ki, onların psixoloji vəziyyəti imkan vermir ki, onlar hansısa müəssisədə çalışsınlar və səhhətləri imkan ver ki, 8 saatlıq iş rejimində işləsinlər. Onların daha sərbəst, daha rahat iş rejimində çalışmaları daha məqsədəuyğun olar. Bu baxımdan da onların problemlərinin kökündən həll edilməsi üçün onlara ticarət mərkəzlərində yerlərin ayrılması mənim fikrimcə çox yaxşı olardı, bununla da onlar məşğuliyyətlərini təmin etmiş olardılar, əlavə qazanc əldə edərdilər. Dövlət tərəfindən bu kateqoriyadan olan insanlara qayğı göstərilir və bundan sonra da göstəriləcək”.