Bu ilin 6 ayında 473 kriminal qrup zərərsizləşdirilib

Azərbaycanda bu ilin 6 ayı ərzində 473 kriminal qrup zərərsizləşdirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu kollegiya iclasında Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
O bildirib ki, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 125 nəfər cinayət məsuliyyətinə cəlb edilib: “Ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 132 kiloqram çox – 1 ton 975 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 105 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edilib”.
1news.az
267