Daşla Bakı-Sumqayıt elektrik qatarının şüşələrini sındıran azyaşlılar müəyyənləşdirildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşla Bakı-Sumqayıt elektrik qatarının şüşələrini sındıran azyaşlılar müəyyənləşdirildi - VİDEO

Qafar Ağayev12:23 - 15 / 07 / 2022
Daşla Bakı-Sumqayıt elektrik qatarının şüşələrini sındıran azyaşlılar müəyyənləşdirildi - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəticədə vaqonlardan birinin şüşəsi qırılıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Eyni zamanda bu hal qatarın hərəkətində gecikməyə səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən tədbir nəticəsində qeyd edilən hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıblar. Qatara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlər arasında ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb. Polis əməkdaşları tərəfindən qeyd edilən hadisəni törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və onların diqqətinə övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu çatdırılıb
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.

Paylaş:
326

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər