Bədii gimnastika üzrə Avropa çempionatını keçirmək hüququ Moskvadan alınaraq Bakıya verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bədii gimnastika üzrə Avropa çempionatını keçirmək hüququ Moskvadan alınaraq Bakıya verilib

14:18 - 16 / 07 / 2022
Bədii gimnastika üzrə Avropa çempionatını keçirmək hüququ Moskvadan alınaraq Bakıya verilib

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq.

1news.az xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yarışlar mayın 17-23-də təşkil olunacaq.

Xatırladaq ki, martın əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

1news.az

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər