Prezident Səfər Mehdiyevi vəzifəsindən azad etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident Səfər Mehdiyevi vəzifəsindən azad etdi

16:34 - 16 / 07 / 2022
Prezident Səfər Mehdiyevi vəzifəsindən azad etdi

Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

1news.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər