Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır

Qafar Ağayev14:40 - 18 / 07 / 2022
Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər