Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb

Qafar Ağayev09:31 - 18 / 07 / 2022
Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb

İyulun 17-də Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər sakininə məxsus “GAZ-24” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, Polis Bölməsinin əməkdaşlarının isti izlərlə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Həsənov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin sərxol halda avtomobil qaçırması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
350

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər