Bakıda stilisti qətlə yetirən şəxsin məhkəməsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda stilisti qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Qafar Ağayev11:36 - 18 / 07 / 2022
Bakıda stilisti qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakıda stilisti xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 26-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

1999-cu il təvəllüdlü P.Həsənov, şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1988-ci il təvəllüdlü Orxan Seyidovu çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

P.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

O.Seyidov tanınmış stilist kimi fəaliyyət göstərib.

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər