Azərbaycanda daha 257 nəfər COVID-19-a yoluxub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 257 nəfər COVID-19-a yoluxub - STATİSTİKA

16:41 - 19 / 07 / 2022
Azərbaycanda daha 257 nəfər COVID-19-a yoluxub - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 794 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 090 nəfər müalicə olunaraq sağalıb, 9 727 nəfər vəfat edib, aktiv xəstə sayı 1 096 nəfərdir.

Ölkədə son sutka ərzində 3 658, hazırkı dövrədək isə 7 008 073 test aparılıb.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər