Bakıda özünü binadan atan qadın və övladının vəziyyəti məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda özünü binadan atan qadın və övladının vəziyyəti məlum oldu

11:14 - 19 / 07 / 2022
Bakıda özünü binadan atan qadın və övladının vəziyyəti məlum oldu

Bakıda özünü binadan atan qadının vəziyyəti çox ağırdır.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü ananın vəziyyəti çox ağırdı.

"Çoxsaylı sümük sınığı xəsarəti ilə gətirilib. 2019-cu il təvəllüdlü uşağln vəziyyəti ona nisbətən yaxşıdır. Qol və bud nahiyəsində sınıqlar var. Ancaq vəziyyəti ağır stabildir",-məlumatda bildirilir.

Xatırladaq ki, Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Mövzu ilə bağlı:

Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb

1news.az

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər