Azərbaycanda nadir heyvan növlərinin sayında artım qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda nadir heyvan növlərinin sayında artım qeydə alınıb

Qafar Ağayev11:22 - 19 / 07 / 2022
Azərbaycanda nadir heyvan növlərinin sayında artım qeydə alınıb

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində bir neçə gün əvvəl aparılan monitorinqlər zamanı regionun nadir növlərindən olan Qafqaz maralının (nəcib maral) sayında nəzərəçarpacaq artım müşahidə edilib və bu, "Qırmızı Kitab"a düşmüş növ üçün son illərin ən uğurlu nəticəsidir.

1news.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

"Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan Qafqaz maralının ən geniş arealı sayılan Zaqatala Dövlət Təbiət Qoruğunda bu mövsüm üzrə aparılan vizual müşahidələr nəticəsində 1000-ə yaxın maral fərdinin məskunlaşdığı qeydə alınıb".

A.Babayeva qeyd edib ki, monitorinqlər zamanı Qafqaz maralı ilə birgə digər nadir növlərin - Dağıstan turu, Qonur ayı və köpgərin də populyasiyalarının dayanıqlılığı, fərdlərin sayında artım dinamikası müşahidə edilib ki, bu da qoruq ərazisində mühafizə işinin yüksək səviyyədə yerinə yetirilməsinin nəticəsidir.

Paylaş:
921

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər