Azad edilən ərazilərdə yanğınlar baş verib - FOTO - VIDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilən ərazilərdə yanğınlar baş verib - FOTO - VIDEO

Qafar Ağayev16:18 - 20 / 07 / 2022
Azad edilən ərazilərdə yanğınlar baş verib - FOTO - VIDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Hadrut qəsəbəsində baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, yanğın nəticəsində, ilkin məlumata əsasən, təxminən 5 hektar ərazidə quru ot, kol-kos, meyvə ağacları və 10 ədəd müxtəlif ölçülü qaraj 150kv.m. sahədə yanıb. Ətraf ərazilər, o cümlədən digər tikililər yanğından mühafizə olunub.

Bundan əlavə, Qubadlı rayonunun Muradxanlı kəndi, Xocavənd rayonunun Binədərəsi kəndi və Füzuli rayonunun Aybasanlı kəndində əsasən kol-kos və otluq ərazilərdə baş vermiş yanğınlar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Həmçinin, Xocavənd rayonunun Günəşli kəndi yaxınlığında mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

Paylaş:
937

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər