Azərbaycan əsgərləri Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əsgərləri Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb

Qafar Ağayev17:51 - 20 / 07 / 2022
Azərbaycan əsgərləri Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtombillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər