Elektron Təhlükəsizlik Xidmətindən qurğular üçün yeni zərərverici proqram barədə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektron Təhlükəsizlik Xidmətindən qurğular üçün yeni zərərverici proqram barədə XƏBƏRDARLIQ

Qafar Ağayev10:56 - 20 / 07 / 2022
Elektron Təhlükəsizlik Xidmətindən qurğular üçün yeni zərərverici proqram barədə XƏBƏRDARLIQ

“Android” platformasında mövcud olan və 3 milyondan çox istifadəçinin yüklədiyi bəzi tətbiqlərdə “Autolycos” adlı yeni zərərverici proqram aşkarlanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən 1news.az-a verilən məlumata görə, bu proqram istifadəçiləri gizli şəkildə ödənişli xidmətlərə abunə edir və onlara məxsus fərdi məlumatları ələ keçirir. Qeyd edək ki, həmin tətbiqlər cihazda quraşdırıldıqdan sonra SMS məzmununu oxumaq üçün də icazə istənilir. “Autolycos” adlı yeni zərərverici proqramın hazırda mövcud olduğu tətbiqlər aşağıdakılardır:

– “Funny Camera”

– “Razer Keyboard & Theme”

– “Vlog Star Video Editor”

– “Creative 3D Launcher”

– “Wow Beauty Camera”

– “Gif Emoji Keyboard”

– “Freeglow Camera 1.0.0”

– “Coco Camera v1.1”

Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə bu tipli zərərverici proqramlardan qorunmaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

– Qurğularınızda yuxarıda adları sadalanan tətbiqlər mövcuddursa, onları vaxt itirmədən silin.

– Tətbiqləri yalnız rəsmi və təsdiqlənən mənbələrdən yükləyin.

– “Android” əməliyyat sistemi ilə işləyən qurğularınızda arxa fonda internet istifadəsi və batareya sərfiyyatı çox olan tətbiqlərə şübhə ilə yanaşın və istifadə etmədiyiniz tətbiqləri qurğularınızdan silin.

– Qurğularınızda təhlükəsizlik yenilənmələrini quraşdırın və antivirus həllərindən istifadə edin.

Paylaş:
446

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər