İndoneziyanın nüfuzlu mətbuat orqanları “Şuşa İli” ilə bağlı məqalə yayımlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İndoneziyanın nüfuzlu mətbuat orqanları “Şuşa İli” ilə bağlı məqalə yayımlayıb

Qafar Ağayev16:18 - 21 / 07 / 2022
İndoneziyanın nüfuzlu mətbuat orqanları “Şuşa İli” ilə bağlı məqalə yayımlayıb

İndoneziyanın nüfuzlu media orqanlarında azərbaycanlı jurnalist Əli Zülfüqaroğlunun və diaspor üzrə ekspert Elnur Eltürkün Azərbaycanın mədəniyyət incisi Şuşa şəhərinin 270 illiyi ilə bağlı hazırladıqları yazı yayımlanıb.

1news.az xəbər verir ki, “gpriority.co.id”, “heaptalk.com”, “koranpelita.com”, “mancode.id” və “minanews.net” saytlarında yayımlanan yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi qeyd edilir. Məqalədə Şuşanın ermənilər tərəfindən işğalı və işğal dövründə Azərbaycanın bu şəhərdəki tarixi və mədəni abidələrinin dağıdılması və talan edilməsindən söz açılır.

Yazıda Şuşanın görkəmli xadimləri haqqında məlumat verilir, şəhərin dünyanın mədəniyyət incisi olduğu vurğulanır. Qeyd edilir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şuşada və Azərbaycanın işğaldan azad edilmiş digər bölgələrində hazırda böyük abadlıq və quruculuq işləri aparılır. Eyni zamanda, indoneziyalı jurnalistlər bütün bunları öz gözləri ilə gömək üçün Şuşaya dəvət edilirlər.

Xatırladaq ki, Əli Zülüfqaroğlu və Elnur Eltürkün Şuşa ilə bağlı yazıları bir müddət öncə İngiltərə, İtaliya, İordaniya, Əlcəzair, Misir, İraq, Sudan, Pakistan və Özbəkistanın ümumilikdə 16 fərqli media orqanlarında yayımlanıb.

Paylaş:
744

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər