Şirvanda vəzifəli şəxslərin qanunsuz əməlləri aşkarlandı - Cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda vəzifəli şəxslərin qanunsuz əməlləri aşkarlandı - Cinayət işi açıldı

Qafar Ağayev10:31 - 21 / 07 / 2022
Şirvanda vəzifəli şəxslərin qanunsuz əməlləri aşkarlandı - Cinayət işi açıldı

Şirvan şəhər sakini İbrahiməjdər Həmidovun anasından miras qalmış torpaq sahəsi və evin qardaşı tərəfindən saxta sənədlər əsasında başqa şəxsə satılması ilə bağlı daxil olmuş müraciəti üzrə prokurorluqda araşdırma aparılmışdır.

Şirvan şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, Şirvan Bələdiyyəsi və ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, həmçinin onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vəzifə saxtakarlığı etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

Paylaş:
694

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər