Azərbaycanda daha 8 peşə məktəbi yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 8 peşə məktəbi yaradılacaq

13:47 - 22 / 07 / 2022
Azərbaycanda daha 8 peşə məktəbi yaradılacaq

Müasir təminatlı və yeni məzmun əsasında əlavə peşə təhsili mərkəzlərinin yaradılması nəzərdə tutulub.

1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Planın əsas icraçısı Təhsil Nazirliyi, aidiyyəti qurumlar isə İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.

2023-2025-ci illərdə ölkədə 8 əlavə peşə təhsili mərkəzinin fəaliyyətə başlaması nəzərədə tutulur. Nəticədə peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisinin artması təmin ediləcək.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər