Azərbaycanda iqlim dəyişmələri üzrə milli məlumat bazası yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda iqlim dəyişmələri üzrə milli məlumat bazası yaradılacaq

14:18 - 22 / 07 / 2022
Azərbaycanda iqlim dəyişmələri üzrə milli məlumat bazası yaradılacaq

Azərbaycanda iqlim dəyişmələri üzrə Milli məlumat bazası yaradılacaq.

1news.az xəbər verir ki, bu, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

Sənəddə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) müvafiq qurumlarla birlikdə 2026-cı ilədək iqlim dəyişmələri üzrə Milli məlumat bazasının istifadəyə verilməsini təmin etməlidir.

Nazirliyə 2022-2024-cü illər ərzində “Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı”nın hazırlanması da tapşırılıb.

ETSN eyni zamanda 2022-2026-cı illər ərzində İqlim dəyişmələrinin təsirlərinə daha həssas sektorlar üzrə Milli Adaptasiya Planının hazırlanmasını və İqlim dəyişmələrinə həssas sektorlar üzrə Milli Adaptasiya Planının təsdiq olunmuş mərhələlərinə uyğun icrasını təmin etməlidir.

1news.az

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər