Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlanıb

Cari ilin birinci yarımilində ölkə ərazisində 18 223 cinayət qeydə alınmaqla, onların 88,5 faizinin açılması təmin edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.
Bildirilib ki, ümumilikdə ölkə üzrə cəmi 9267 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 705-i prokurorluq orqanlarında istintaq edilib.
1news.az
799