Azərbaycanda bağların fantastik qiymətə kirayəsi - Bu bağı kirayələmək üçün 180 min manatınız olmalıdı - FOTO

Hal hazırda yay mövsümüdür və demək olar ki hərkəs bu mövsümdə ailəsi, dostları, iş yoldaşları ilə birlikdə istirahət məkanlarına üz tutur.
İstirahət üçün rayonlara, bağ evlərinə üz tutanların sayı da az deyil. Bunun üçün də ümumi mənzil bazarında son vəziyyətlə bağlı araşdırma apardıq.
1news.az-ın araşdırmasına əsasən indiki halda yalnız kirayə mənzil bazarı üzrə gündəlik kirayə məqsədlər üçün istifadə olunan mənzillərin qiymətində, eyni zamanda bağ evlərinin qiymətində artımlar müşahidə edilir.
Kirayə mənzil elanlarına nəzər yetirdikdə 80-110 m² -lik günlük kirayə evlərin ortalama qiymətinin 40-90 azn arası olduğunun şahidi oluruq. Elanlara nəzər yetirək:
Gördüyümüz kimi günü 100 manat olan kirayə evlər olduğu kimi daha münasib yəni günü 40-60 manat arası evlər də var.
Aylıq kirayə mənzillərinin qiymətində isə daha fərqli mənzərə müşahidə olunur. Burada elanlara nəzər yetirdikdə təmir durumuna və yerləşdiyi əraziyə uyğun olaraq qiymətlərdə fərqlilik müşahidə olunur. Mərkəz və mərkəzə yaxın ərazilərdə (Səbail r. Xətai r. Yasamal r. və s.) qiymətlərin daha baha olduğu təxminən 1-3 otaq üçün ortalama qiymət 700-1000 azn arası qiymətləndirilir. Elanlara nəzər yetirək:



Elanlardan görüldüyü kimi 28 May ərazisində 3 otaqlı evlərin qiyməti 900- 1200 manat arasıdır. Yasamal rayonu ərazisində 2 otaqlı evlər arasında aylıq qiyməti daha münasib olan evlər də var. Onların aylıq kirayə qiymətləri 500 manatdan başlayır.
Bağ evlərinə nəzər yetirdikdə isə kirayə evlərin Mərdəkan, Şüvəlan, Bilgəh və s. kimi ərazilərdə hal hazırda yay mövsümü olduğuna görə daha yüksək qiymətlər müşahidə olunur. Onu da qeyd edək ki, bağ evlərində çimərliyə daha yaxın ərazilərdəki kirayə evlərə daha çox üstünlün verildiyindən onların qiymətləri daha da bahadır. Elanlara nəzər yetirək:
Mərdəkan qəsəbəsində günlük kirayə bağ evlərinin qiyməti 250-1000 manat arası dəyişir. Elanlara diqqət etdikdə qarşımıza aylığı 30000 min manata olan ev çıxır və şərt olaraq da bu bağ evini minimum 6 aylıq müqavilə ilə icarəyə verirlər. Yəni bu bağlı icayəyə götürmək istəyən 180000 min manatı kirayə üçün nəzərdə tutmalıdır. Bilgəh qəsəbəsində günlük kirayə bağ qiymətləri şəraitindən asılı olaraq 300 manatdan başlayır. Nardaran qəsəbəsində isə bir qədər daha yüksək qiymətlər müşahidə edilir. Burada qiymətlər 400-700 manat arasıdır. Novxanı qəsəbəsində isə günlük qiymətlər 250-300 manat arasıdır.
Bakı bağları ilə yanaşı rayonlarda da günlük kirayə evlərə, bağlara maraq çoxdur. Rayonlar qiymətə gəldikdə isə, ə baha kirayə qiymətləri Qəbələ rayonundadır. Belə ki, Qəbələ rayonunda evlərin günlük kirayə qiyməti 80-350 manat arası təşkil edir. İsmayıllı rayonunda münasib qiymətə günlük kirayə mənzillərin qiyməti 70-80, Quba rayonunda 100- 170, Şəki rayonunda isə 150 manatdır. Xaçmaz rayonunda sahəsi 150 m2 olan evlərin ortalama aylıq kirayə qiyməti 400-500 manat arası dəyişir. Rayonlarda aylıq kirayə evlərinin də qiymətlərinə nəzər saldıqda daha çox gəzməli yerlərə və yaxud tanınmış otellərə yaxın ərazilərdəki kirayə evlərin qiymətləri daha yüksəkdir. Onların aylıq kirayə qiymətləri 500 manatdan başlayır.
Humay Əliyeva