Bakıdan Naxçıvana yeni avtobus reysi açılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

10:32 - 22 / 07 / 2022
Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır.

1news.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.

1news.az

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər