Kafedə narkotik gizlədən Zaqatala sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kafedə narkotik gizlədən Zaqatala sakini saxlanılıb

17:03 - 23 / 07 / 2022
Kafedə narkotik gizlədən Zaqatala sakini saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Nurlan Muradov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

N.Muradova məxsus rayonun Qandax kəndində yerləşən kafeyə baxış keçirilən zaman isə oradan yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər