Vətən müharibəsi iştirakçısı itkin düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsi iştirakçısı itkin düşüb - FOTO

17:20 - 25 / 07 / 2022
Vətən müharibəsi iştirakçısı itkin düşüb - FOTO

Neftçala rayon sakini Abşeronda itkin düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini olan Cavid Bədəlovun Xırdalan şəhərində yaşadığı və orada itkin düşdüyü bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, fakt nəzarətə götürülüb və Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir: "Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib, onun tapılması üçün zəruri tədbirlər görülür".

Cavid Bədəlov Vətən müharibəsinin iştirakçısı olub.

1news.az

Paylaş:
1154

Son xəbərlər

Bütün xəbərlər