Tovuzda evdə yanğın baş verib - İki nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda evdə yanğın baş verib - İki nəfər ölüb

Qafar Ağayev09:05 - 25 / 07 / 2022
Tovuzda evdə yanğın baş verib - İki nəfər ölüb

Tovuzda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən xəbərə görə, rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər