Əkiz hərbçilər əkiz bacılarla evləndi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əkiz hərbçilər əkiz bacılarla evləndi - VİDEO

09:31 - 25 / 07 / 2022
Əkiz hərbçilər əkiz bacılarla evləndi - VİDEO

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqət çəkib.

1news.az xəbər verir ki, xanəndə Qazaxda hərbçi qardaşların toyuna qatılıb. O bildirib ki, zabitlər Qabil və Qalib eyni gündə ailə qurub. Onlar əkiz bacılarla nikah masasına oturub.

Nigar əlavə edib ki, hərbçilərin toyunda təmənnasız iştirak edib. "Qazaxda əkiz zabitlərin toyu. Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar Allah sizi əkiz övladla sevindirsin" deyə, Nigar paylaşımında qeyd edib.

1news.az

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər