Yol polisindən sürücülərə nəqliyyat hadisələri ilə bağlı XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisindən sürücülərə nəqliyyat hadisələri ilə bağlı XƏBƏRDARLIQ

Qafar Ağayev13:00 - 25 / 07 / 2022
Yol polisindən sürücülərə nəqliyyat hadisələri ilə bağlı XƏBƏRDARLIQ

"Yol nəqliyyat hadisələri zamanı sürücülər nə etməli oduqlarını bilməlidir".

1news.az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsi​nin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O, bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsinin qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür:

"Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə 2 qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir. Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil. Yəni prosesual araşdırma tələb edən məsələyə çevrilir. Çünki xəsarət alanların xəsarət dərəcəsi müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (həkim tibbi ekspertin rəyi əsasında), artıq cinayət tərkibli məsuliyyət yaradır. Yüngüldürsə, qərar qəbul olunması məhkəmənin məsuliyyətində olan hal yaranır və inzibati xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin qərarı ilə sürücülük hüququnun 6 aydan 1 ilə qədər məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur. Əgər xəsarətin dərəcəsi müəyyən edilməyibsə, bu zaman yol hərəkətinin hansı qaydası pozulubsa, ona uyğun formada inzibati protokol tərtib olunur".
Araz Əsgərlinin sözlərinə görə, hadisə maddi ziyanla bitibsə və bu halda sürücü hadisə yerindən yayınırsa İXM-nin 327.6-cı maddəsinə əsasən təqsirkar sürücünü 100 manat məbləğində cərimə və 4 cərimə balı olan protolol gözləyir:
Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki hadisə yerinə gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirə bilsin ki sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçüm müvafiq sənədlərdə sığortaya vaxtında təqdim olunsun.

Onu da qeyd edim ki, sürücülərin hadisə yerindən yayınması gələcəkdə onların sığorta ödənişlərinin alınmasından imtinaya əsas kimi qiymətləndirilə bilər. Yəni sürücü üçün gələcəkdə bu hərəkəti həm inzibati, həm də mülki məsuliyyət də yarada bilər.

"Yol hərəkəti haqqında" qanununumuzun ​37-ci maddəsində sürücünün üzərinə qoyulan vəzifəyə görə, baş vermiş hadisə zamanı xəsarət alan şəxs varsa, mütləq onu təcili tibbi yarıma çatdırlmalı, şəxsin sağlmalığına dəymiş halın qarşısnı almaq üçün müvafiq ilkin addımları atmalıdır. Bunları etmək əvəzinə sürücü hadisə yerindən uzaqlaşırsa, bu onun barəsində açılmış cinayət işində ağırlaşdırıcı hal kimi məsuliyyətini dərinləşdirir". Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi qəzalar zamanı məsuliyyət yaradan halları düzgün qiymətləndirib bu barədə vaxtında polisə məlumat verməyi aidiyyatı prosedurları qeyd etdiyimiz qaydada icra etməyi, özünün və digər şəxslərin həyat və sağlamlığını təhlükə qarşısında qoymamağı xəhiş edirik!

Paylaş:
521

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər